Fransadan “ikinci dalğa” açıqlaması
    • 4-08-2020, 16:00
    • 785

Fransadan “ikinci dalğa” açıqlaması


Fransanın Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, payız və ya qış mövsümündə koronavirusun ikinci dalğası gələ bilər. 


News24.az xəbər verir ki, Fransanın son iki həftə ərzində artan koronavirus halları ilə mübarizə apardığı bildirilib.

Ölkənin Səhiyyə Nazirliyinin rəsmi saytında yer alan məlumatda bunlar qeyd olunub: “Fransa vəziyyəti nəzarət altına alıb. Lakin yayda virusun yayılmasının artım tempi ilə əlaqədar vəziyyət dəyişə bilər. Pandemiya ilə mübarizədə hər şey vətəndaşların əlindədir”.