"Koronavirus uzun müddət bizimlə birgə yaşayacaq" - ÜST
    • 4-06-2020, 17:36
    • 733

"Koronavirus uzun müddət bizimlə birgə yaşayacaq" - ÜST

Koronavirusun ikinci dalğası sentyabr ayında mövsümi qriplə eyni vaxtda başlaya bilər.

News24.az xəbər verir ki, bu barədə ÜST-ün Avropa üzrə regional ofisinin direktoru Hans Klüqe Avropadakı epidemioloji vəziyyəti şərh edərkən bildirib. O vəziyyətin əksər Avropa ölkələrində həqiqətən yaxşılaşdığını qeyd edib, lakin hökumətləri arxayın olmamağa çağırıb. "Biz ölkələrə bildiririk: hazırda vəziyyət yaxşılaşırsa, bu bayram etmək yox, hazırlaşmaq vaxtıdır və indi də payıza hazırlaşmalıyıq", - deyə Klüqe bildirib.

Onun sözlərinə görə, koronavirusun ikinci dalğası sentyabr ayında başlaya və mövsümi qriplə üst-üstə düşə bilər. Bu baş verərsə COVID-19 pandemiyası səbəbindən müntəzəm peyvəndləmə işlərinin dayandırılması səbəbindən bir neçə ölkədə vəziyyət daha da ağırlaşacaq: "Koronavirus uzun müddət bizimlə birgə yşayacaq. Ən azından peyvənd hazırlananan qədər. O səbəbdən də özümüz, sevdiklərimiz adına biz bütün qaydalara riayət etməliyik".