Dövlət büdcəsinə dəyişikliklər ola bilər
    • 4-08-2020, 18:50
    • 813

Dövlət büdcəsinə dəyişikliklər ola bilər

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası baş tutub.

News24.az xəbər verir ki, yığıncaqda Maliyyə naziri Samir Şərifov, Maliyyə nazirinin müavini Azər Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi Mirqasım Vahabov və deputatlar iştirak ediblər.

İclasın gündəliyinə üç məsələ daxil edilib: 

1.“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2.”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3.“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).