Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
    • 4-08-2020, 19:05
    • 629

Bakıda 5 əlavə ekspres xətt təşkil edilir

Bakıda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 əlavə ekspres xətt təşkil edilir.

News24.az
Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-a qədər olmaqla müəyyən edilib.

Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq.

 Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:
1️⃣ M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.
2️⃣ M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st
3️⃣ M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st
4️⃣ M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st
5️⃣ M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.