Prokurorluq tarixində ilk - hoc qurumlar yaradıldı
    • 5-08-2020, 16:05
    • 759

Prokurorluq tarixində ilk - hoc qurumlar yaradıldı

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev tərəfindən Baş Prokurorluğun Kollegiyasının keçirilmə formasının dəyişdirilməsi barədə məlumat verilmiş, hüquqi statusunun prokurorluqda idarəçiliyin cavabdehlik, hesabatlılıq və məsuliyyətlilik dəyərlərini özündə əks etdirən kollegial orqan kimi təsbit edildiyi diqqətə çatdırılıb.

Baş prokurarloqdan News24.az-a verilən məlumatda vurğulanıb ki, bununla yanaşı  ilk dəfə Baş Prokurorluğun struktur qurumu olmayan, konkret vəzifələrin icrasını həyata keçirən, prokurorluq sistemində özünüidarə etmə funksiyasını yerinə yetirən ad hoc qurumlar olan İntizam Komissiyası və Etik Davranış Komissiyasının üzvlüyünə namizədlər Baş Prokurorluğun Kollegiyasında müəyyən olunub.