Türkcə danışan 3-cü sinif şagirdini cəzalandırıldı - ŞOK SƏBƏB
    • 5-08-2020, 20:00
    • 686

Türkcə danışan 3-cü sinif şagirdini cəzalandırıldı - ŞOK SƏBƏB

Məktəbdə türkcə danışan 3-cü sinif şagirdi cəzalandırılıb. 

News24.az "Bloomberg"ə istinadən xəbər verir ki, hadisə Almaniyada tənəffüs vaxtı sinif yoldaşı ilə türk dilində danışan azyaşlının başına gəlib.

Cəza olaraq isə 3-cü sinif şagirdi "Biz niyə alman dilində danışırıq" adlı inşa yazmalı olub. İnşada "Almaniyada rəsmi dil Alman dilidir. şagirdlər almanlardır. Biz türkcə danışanda bizi başa düşmürlər. Alman dilini daha yaxşı öyrənə bilmək üçün ana dilimizdə danışmağımız lazım deyil" cümlələri yer alıb. 

Qızın valideynləri ayrı-seçkilikdən şikayət edərək nəzarət orqanlarına şikayət ediblər. Onlar bildiriblər ki, qızlarının sinifdən kənarda türk dilində danışmağın qadağan olunduğunu başa düşmürlər və bu məktəb nizamnaməsi ilə tənzimlənmir.

Vurğulanıb ki, müəllim razılaşdırılmamış qaydalara istinad edir, çünki məktəbdə miqrantların uşaqları 43 faiz təşkil edir.

Mədəniyyət Nazirliyi məsələ ilə bağlı açıqlama etməyib.