Yerevanda qardaş bacısının başını kəsib
    • 7-08-2020, 14:40
    • 683

Yerevanda qardaş bacısının başını kəsib

Yerevanda 58 yaşlı kişi bacısının başını kəsib və daha sonra sellofan torbaya qoyub.

News24.az Reporta istinadən xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, bacısının himayəsində yaşayan erməni kişi yataq otağına keçib. Kompüter arxasında oturan bacısını mikserin naqili ilə boğub. Onun nəfəs almadığını görəndən sonra bacısının başını itilənmiş bıçaqla kəsərək sellofan torbaya qoyub. Torbanı və mənzilin sənədlərini götürərək evdən çıxıb, yolda polis əməkdaşları onu əlində torba ilə saxlayıblar.

Məlumata görə, qətldə şübhəli bilinən kişi 6 ay imiş bacısının himayəsində yaşayırmış.

Hadisənin səbəbi araşdırılır.