Ana 3 övladının başını bədənindən ayırdı - FOTO
    • 22-10-2018, 10:46
    • 1 557

Ana 3 övladının başını bədənindən ayırdı - FOTO

Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.
Ötən gün Türkiyənin Adana şəhərində ana 3 övladının başını kəsib.
Adananın Yüreğir mahalında yaşayan Selma C. həyat yoldaşının evdə olmadığı zaman 10,8 və 6 yaşları olan 3 övladını vəhşicəsinə qətlə yetirib. O, daha sonra intihara cəhd edib.Qadın evin qapılarını bağlayıb, uşaqları dəhlizə gətirib, sonra da növbə ilə başlarını kəsib, bədənlərinin yanına düzüb.
Selma sonra biləklərini kəsərək özünə xəsarət yetirib. O, xəstəxanaya aparılıb. Vəziyyəti ağırdır.Evə gələndə övladlarını başsız halda görən ata şoka düşüb. Psixoloji sarsıntı keçirən kişi də xəstəxanaya çatdırılıb.Qonşuların ifadəsinə görə, maddi problemlərə görə cütlüyün arasında tez-tez davalar olub, lakin bu, dəhşətli cinayəti törətməyə səbəb deyil. Onlar düşünürlər ki, qadın gözə görünməz qüvvələrin təsiri altına düşüb.
"Tez-tez pul üstündə dalaşırdılar, amma bu cinayət səbəbi deyil deyə düşünürük. Bir anlıq cinnət keçirib, uşaqlarını öldürüb".

//Milli.Az