"Həm biznes subyektləri, həm də vətəndaşlar qaydalara riayət etsin" - Rövşən Nəcəf
    • 8-08-2020, 11:22
    • 526

"Həm biznes subyektləri, həm də vətəndaşlar qaydalara riayət etsin" - Rövşən Nəcəf

"Bütün bu addımlar bir şərtlə edilir ki, həm biznes subyektləri, həm də vətəndaşlar qaydalara riayət etsin".

News24.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

R.Nəcəf bildirib ki, qaydalara riayət etdiləcəyi təqdirdə yumşalma prosesi tezləşəcək:"Bu qaydaları hər birimiz bilirik. Bu qaydalara tez uyğunlaşan bixnes subyektləri öz fəaliyyətlərinin səmərəliliyini təşkil edəcəklər. Bu qaydalara əməl edilməsə, hökumət yenidən bu məsələyə baxacaq. Biz iqtisadi aktivliyi bərpa etmək istəyirik. Biz özümüzü riskə ataraq, ailəmizi və yaxınlarımızı da riskə atırıq. Biz hər kəsdən qaydalara riayət etməyi xahiş edirik. Hazırda qaydaların sərtləşdirilməsi ilə bağlı da müxakirələr aparılır. Son dövrlərdə məsafədən xidmətləri göstərməklə, rəqəmsallaşaraq, bu, sahibkarların rəqabət bacarığına müsbət təsir edəcək. Əsas müraciətimiz fəaliyyəti açılan biznes subyektlərindədir ki, qaydalara, təlimatlara riayət etsinlər. Həmçinin, vətəndaşlardan da xahiş edirik, qaydalara riayət etsinlər. Biz dövlət, vətəndaş, sahibkar birliyinin sıx şəkildə göstəriləcəyinə ümid edirik. Biz birlik, həmrəylik göstərməliyik".

Məhərrəm Əliyev