“Əməl etməsək, iki həftədən sonra da azalma olmayacaq” - TƏBİB
    • 25-06-2020, 17:34
    • 697

“Əməl etməsək, iki həftədən sonra da azalma olmayacaq” - TƏBİB

“Bir neçə gündür ki, Azərbaycanın bəzi şəhərlərində xüsusi karantin rejimi sərtləşdirilib”.

News24.az-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. 

TƏBİB rəsmisi bildirilib ki, bəzi vətəndaşlar bu xəstəliyin çox ciddi və ağır olduğunu dərk edir və qaydalara əməl edirlər: “Məsuliyyətli vətəndaşlar bizə bildirirlər ki, bəzi şəxslər arxa küçələrdə, məhəllələrdə toplaşır, qaydalara əməl etmirlər. Gənclərimiz bu xəstəliyi yaşlılara yoluxdura biləcəyini bilməlidir. Uşaqlar xəstələnmədən bu xəstəliyin ötürücüsü olurlar. 

Onların da həyətlərdə oynayarkən gigiyena qaydalarına əməl etməsi zəruridir. Xahiş edirik, parklarda insanlar bir yerə toplaşmasın, sosial məsafə qorunsun. Əgər karantin günlərində də qaydalara əməl etməsək, iki həftəlik qapanmadan sonra da yoluxanların saylarının azalmasını görməyə bilərik.