Balakəndə əqli qüsuru olan qadının yaxınları axtarılır - FOTO
    • 11-08-2020, 18:30
    • 551

Balakəndə əqli qüsuru olan qadının yaxınları axtarılır - FOTO

Balakəndə əqli qüsuru olan qadın tapılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək, ona yaxınlaşıblar. İtkin düşdüyü ehtimal edildiyi üçün o, Polis Şöbəsinə gətirilib.

Üzərində heç bir sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Əqli qüsurlu qadın 50-60 yaş aralığındadır.

Qadını tanıyanlardan, eləcə də onun yaxınlarını tanıyanlardan DİN-in “102” Zəng Mərkəzinə və Balakən Rayon Polis Şöbəsinin (024)-295-10-37 şəhər və (055 ) 280-11-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.