SON DƏQİQƏ! "Uber"in ofisinə SİLAHLI BASQIN - TƏFTİŞ BAŞLANDI
    • 13-08-2020, 15:55
    • 549

SON DƏQİQƏ! "Uber"in ofisinə SİLAHLI BASQIN - TƏFTİŞ BAŞLANDI

"Uber" taksi xidmətinin Minskdəki ofisində axtarışlar aparılır.

News24.az
xəbər verir ki, bu barədə "Euroradio Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, şirkət binasında silahlı naməlum şəxslər var.

Hadisəni şirkətin mətbuat xidməti təsdiqləyib.

Baş verənlərin təfərrüatları hazırda araşdırılır.

Bundan əvvəl silahlı şəxslərin "Yandex" in Minskdəki ofislərinə də girdikləri bildirilib.

Xatırladaq ki, Belarusiyada etiraz aksiyaları avqustun 9-da prezident seçkilərinin nəticələri elan olunduqdan sonra başlayıb. MSK-nın rəsmi məlumatına görə, ölkənin hazırkı lideri Aleksandr Lukaşenko səslərin 80 faizindən çoxunu alıb.