Otelə silahlı basqın - 5 ölü
    • 12-05-2019, 22:02
    • 879

Otelə silahlı basqın - 5 ölü

Pakistanda silahlı şəxslərin ölkənin cənubundakı Qvadar şəhərindəki beşulduzlu "Pearl Continental Hotel"ə hücumu zamanı 5 nəfər həlak olub.

News24.az
"Report"a istinadla xəbər verir ki, bu barədə "Reuters" ölkə ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ölənlər arasında təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı, otelin xidmətçisi və Hərbi Dəniz Qüvvələrinin 1 nümayəndəsi var.

Qeyd edilir ki, otelin bütün müştəriləri ərazidən təxliyyə edilib. Bundan sonra təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində silahlı şəxslər zərərsizləşdirilib. Onlar 3 nəfər olublar.