Siyəzəndə iki yük avtomobili toqquşub
    • 13-08-2020, 16:31
    • 577

Siyəzəndə iki yük avtomobili toqquşub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Siyəzən rayonunun Zarat kəndində “Mercedes” və “Ford” markalı iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.