-
- 14-08-2020, 09:39
- 665
Müəllimlərin işə qəbulu imtahanlarına start verilir
Avqust ayının 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, imtahanların ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər iştirak edəcək.
İmtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək. İmtahan keçiriləcək bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılacaq.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb.