Azərbaycanda təhsil müəssisələrinin açılması ilə bağlı məsələyə baxılır
    • 15-08-2020, 11:21
    • 727

Azərbaycanda təhsil müəssisələrinin açılması ilə bağlı məsələyə baxılır

“Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ araşdırılır və öyrənilir.Digər ölkələrin təcrübəsinə də müraciət edilir”.

News24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən ictimai müzakirələr çərçivəsində bu məsələ kompleks şəkildə müzakirə olunur: “Yekdil qərar barədə danışmaq tezdir. Bu, epidemioloji vəziyyətlə bağlı olan bir sahədir. Təhsil müəssisələrinin açılması ilə bağlı məsələyə baxılmaqdadır”.