Sentyabrda məktəblər açıqlacaqmı? - AÇIQLAMA
    • 3-08-2020, 18:45
    • 1 195

Sentyabrda məktəblər açıqlacaqmı? - AÇIQLAMA

"Orta məktəblərlə bağlı Təhsil Nazirliyi qarşısında məsələ qaldırılıb".

News24.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib: "Onlar da öz təkliflərini təqdim edəcək və onlara baxılacaq".

H.Hacıyev bildirib ki, təhsil nazirliyi qarşısında tapşırıq qoyulub və məktəblərin yeni təhsil ilində açılması müzakirə olunur: "Burada digər ölkələrin təcrübəsi müzakirə edilir. Digər ölkələrin tətbiqləri nəticəsində əldə olunan qənaətlərə baxılacaqdır".