Alimlər koronavirusun genomunda 200-ə yaxın mutasiya AŞKAR EDİB
    • 6-05-2020, 20:02
    • 809

Alimlər koronavirusun genomunda 200-ə yaxın mutasiya AŞKAR EDİB

London Universitetinin bir qrup alimi koronavirusun genomunda 200-ə yaxın kiçik dəyişikliklər aşkar edib.

News24.az xəbər verir ki, müşahidə 7,5 mindən çox koronavirus xəstəsinin məlumatları əsasında aparılıb.

Müşahidələr nəticəsində ümumilikdə 198 təkrar mutasiya aşkar edilib. Bundan başqa, alimlər koronavirus epidemiyasının 2019-cu il 6 oktyabr – 11 dekabr tarixləri arasında başladığı versiyasını təsdiqləyib.