-
- 18-08-2020, 15:10
- 1 116
Azərbaycanlı deputatdan SƏRT FİKİR: “Onun səsi elə çıxdığı yerdəcə SUSDURULACAQ”
“Görünür ATƏT-in Minsk qrupu öz missiyasını Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir”.
Bunu News24.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat Dağlıq Qarabağdakı qondarma rejimin başçısının səsləndirdiyi fikirlərə belə cavab verib:
“Tovuz təxribatından sonra həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər görünür ki, yeni təxribatlar yaratmağa cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar. Ancaq Qarabağ probleminin bu cür manipulyasiya edilməsi uzun müddət davam edə bilməz. Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistanın daxili siyasət spekulyasiyasına çevrilməyəcək. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorist Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürür. Məlum seperatçı əmin olmalıdır ki, onun səsi elə çıxdığı yerdəcə susdurulacaq. Buna çox az qalıb. Xankənidi və bütün Qarabağ tezliklə öz həqiqi sahibinə - Azərbaycana qovuşacaq.
Elə Tovuz təxribatından sonra işğalçı ölkənin ən sadiq havadarlarının belə Ermənistana sahib çıxmaması görünür bütün “Paşinyanları”, “Arutunyanları” isterika vəziyyətinə salıb. Onlarda nostalji hissləri o qədər qabardıb ki, Gəncənin adını belə “Kirovabad” kimi söyləməyə məcbur edib. Ancaq seperatçılar və işğalçılar bilməlidir ki, yeni tarixi mərhələ başlayıb. Onların böyük nostalji hisslərlə xatırladıqları Sovet imperiyası və onun işğal maşını yeni mərhələdə real hərbi-siyasi mexanizm deyil. Seperatçı rejimi dəstəkləyən “Qarbaçovlar” da artıq yoxdur”.
H.Babaoğlunun sözlərinə görə, Təəccüb və təəssüf doğuran məsələ bundan ibarətdir ki, seperatçı Arutunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikirlərə ATƏT-in Minsk qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər: “Görünür ATƏT-in Minsk qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir. Bu cür davranışa son qoyulmalıdır. Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi əsla istisna deyil. İşğal faktı qaldıqca, müharibə riski də olacaq. Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk qrupu ya öz missiyasını yerinə yetirməli, ya da fəaliyyətində iflasa uğradığını etiraf etməlidir”.
Məhərrəm Əliyev