Bakıda növbəti unikal görüntülər - FOTO
    • 19-08-2020, 23:51
    • 648

Bakıda növbəti unikal görüntülər - FOTO

Bakının Nizami və Suraxanı rayonlarında maraqlı mənzərənin şahidi olmaq mümkündür.

News24.az-ın məlumatına görə, Nizami rayonunda nəqliyyat vasitələrinin hərəkət etdiyi yolun ortasında ağac əkilib. Əsas məqam isə ondan ibarətdir ki, sözügedən küçə gecə saatlarında işıqlandırılmır və hər an qəza şəraiti yarana bilər. 

Suraxanı rayonunda da buna bənzər mənzərə ilə qarşılaşmaq olar. Belə ki, prokurorluq yaxınlığında olan piyada səkisinin tam ortasında işıq dirəyi qurulub. Piyadalar həmin əraziyə çatdıqda ya torpaq yola keçməli ya da səkidən maşın yoluna düşməli olurlar.