Berkay da azərbaycanlı bəstəkarın mahnısını oxudu - VİDEO
    • 12-07-2018, 17:12
    • 2 664

Berkay da azərbaycanlı bəstəkarın mahnısını oxudu - VİDEO

Türkiyəli məşhur müğənni Berkay azərbaycanlı bəstəkarın mahnısını oxuyub və klip çəkdirib. 

"Ben sadece" adlanan mahnının müsiqisi Zülfi Bədəlova, sözləri isə Sinan Akçıla aiddir. 

Qeyd edək ki, Zülfi Bədəlova bir müddət öncə Türkiyənin tanınmış musiqi şirkəti ilə müqavilə bağlayıb. Müğənni Sinan Akçıl isə Azərbaycanda Rahidə Baxışovanın səsləndirdiyi, müəllifi Z.Bədəlovun olduğu "Demesinler" mahnısını ifa edib. 

Məlumat üçün bildirək ki, Zülfi Bədəlov aparıcı-aktrisa Zümrüd Bədəlovanın qardaşıdır. 

Teymur Məmmədov