-
- 22-08-2020, 15:54
- 1 887
“Kiməsə icazə varsa, bizə NİYƏ yoxdur?” – İnsanlar tamamilə haqlıdır – Elman Nəsirov
“Karantin rejiminin tələbləri bütün ciddiyəti ilə qorunmalıdır”.
Bunu News24.az-a açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu məsələdə fərqli mövqe ola bilməz: “Məsələ ondadır ki, karantin rejimi bütün insanlara aiddir. Yəni burada ayrıseçkilik yoxdur. Söhbət insanların sağlamlığından gedir. Karantin rejiminin tələblərinə görə, çoxsaylı məhdudiyyətlər var. Toy mərasimləri tamamilə qadağandır. Burada tutduğun vəzifədən, səlahiyyətlərindən və s. asılı olmayaraq, heç kimin xüsusi bir imtiyazı yoxdur. Konstitusiyamızda da bu maddə mövcuddur ki, bütün insanlar qanun qarşısında bərabərdir.
Karantin qaydalarını pozanlara isə təbii ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət veriləcək. Əks halda toy mərasimi keçirmək istəyən insanlarda da oxşar suallar yaranır ki, “kiməsə icazə varsa, bizə niyə yoxdur?” Yəni artıq müəyyən mənada ayrıseçkilik yaranır. Hesab edirəm ki, belə hallara qətiyyən yol vermək olmaz. Karantin rejiminin tələbləri bütün ciddiyəti ilə qorunmalıdır”.