Bakıda əcnəbi vətəndaş maşınla pişadanı vurub öldürdü
    • 22-08-2020, 16:06
    • 810

Bakıda əcnəbi vətəndaş maşınla pişadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 21-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində əcnəbi vətəndaş Y. Özbey “DAF” markalı avtomobillə yolu keçən 60-65 yaşlı kişini vurub. Zərbənin gücündən piyada hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.