“Daewoo” yolu keçən kişini vurub öldürdü
    • 20-01-2020, 17:41
    • 828

“Daewoo” yolu keçən kişini vurub öldürdü

Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata əsasən, yanvarın 19-da saat 18 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Xaçmaz rayon sakini İ.Ələsgərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub.
Bildirilir ki, nəticədə o, hadisə yerində ölüb.