Ehsan Zahidov: "Tədbirdə iştirak edənlərin hamısı cərimələnib"
    • 23-08-2020, 11:45
    • 1 029

Ehsan Zahidov: "Tədbirdə iştirak edənlərin hamısı cərimələnib"

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva və filarmoniyanın direktorunun həyat yoldaşı Aysel Adıgözəlzadə hər biri 400 manat cərimələnib.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov News24.az-a açıqlamasında bildirib ki, tədbirdə iştirak edən bütün qonaqlara İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 400 manat məbləğində cərimə protokolları tərtib olunub.