Hadi Rəcəblinin nəvəsinin toy görüntüləri yayıldı - VİDEO
    • 23-08-2020, 16:28
    • 913

Hadi Rəcəblinin nəvəsinin toy görüntüləri yayıldı - VİDEO

Operativ Qərargahın bütün kütləvi tədbirlər, o cümlədən, toy məclislərinin keçirilməsi ilə bağlı karantin qaydaları çərçivəsində tətbiq etdiyi qadağalara baxmayaraq, hələ də,toy mərasimlərinin keçirilməsinə şahid oluruq.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir videogörüntüdə Hadı Rəcəblinin karantin qaydaların pozaraq, nəvəsinə Emin Ağalarova aid  "Sea breez" restoranında toy etdiyi iddia olunub.

Videogörüntülərdə tibbi maskalı şəxsin görüntüsü sübut edir ki, çəkiliş karantin dövrünə təsadüf edir.

Qeyd edək ki, toya 150 nəfər qonaq dəvət edildiyi bildirilib. 

Həmin görüntüləri təqdim edirik: