İnsanlar niyə payızda depressiyaya düşür? - VİDEO
    • 6-10-2018, 17:00
    • 1 194

İnsanlar niyə payızda depressiyaya düşür? - VİDEO

Payız depressiyası əhvalın dəyişkənliyi, çox vaxt onun aşağı olması, müəyyən situasiyalarda insan təfəkkürünün donması, hərəkət  aktivliyinin  tormozlanması ilə xarakterizə olunan psixoloji vəziyyətdir.

Onlar payız depressiyasına məruz qalan insanın həyatda öz yerini tapa bilmədiyini, öz istəklərini boğduğunu və məmnunluq hissini itirdiyini düşünürlər. 

Psixoloq Könül Cəfərova deyir ki, insanlar baş verən hadisələrə iki yaş dövründə daha həssaslıqla yanaşırlar. Bu isə daha çox fəsil dəyişikliyində özünü büruzə verir.

Psixoloqun sözlərinə görə, bütün fiziki xəstəliklərin yaranmasının kökündə bu tip depressiyalar dayanır.
Həkim terapevt Nahid Məhərrəmov isə deyir ki, fəsil dəyişən zaman insan orqanizmində immunitet zəifliyi yaranır, bu da öz növbəsində mövsümi xəstəlikləri aktivləşdirir.

Payız insanlara daha çox ruhi baxımdan təsir edir. Amma bu fəsli sevgi ilə qəbul etsək, bizə depressiya yox, xoşbəxtlik gətirər.

baku.tv