“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib
    • 2-08-2020, 16:15
    • 1 033

“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib

İngiltərənin “Çelsi” klubu ciddi itkilərlə üzləşib.

News24.az Apasporta istinadən xəbər verir ki, Kristian Pulişiç və Sesar Aspilikueta Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununu buraxacaq.

Hər iki oyunçu İngiltərə kubokunun “Arsenal”la final matçında (1:2) zədələnib. Sesar ilk yarıda, Kristian ikinci hissənin əvvəlində zədə səbəbindən əvəzlənib.

Pulişiçin yerinə meydana daxil olan Pedro Rodriges də çiynindən xəsarət alıb. Onun da durumu qeyri-müəyyəndir.

Qeyd edək ki, “Çelsi” avqustun 8-də Münhendə “Bavariya”nın qonağı olacaq. İlk görüşdə almaniyalılar 3:0 hesabı ilə qalib gəlib.