Putin və Kadırov Həbibi təbrik etdi
    • 7-10-2018, 14:36
    • 2 309

Putin və Kadırov Həbibi təbrik etdi

İlin döyüşü adlandırılıan Həbib Nurməhəmmədov və Konor Makqreqor qarşılaşması baş tutub. 

News24.az xəbər verir ki, döyüşün qalibi olan H.Nurməhəmmədovu Rusiya prezidenti Vladimir Putin şəxsən təbrik edib. 

Bu haqda Həbib mətbuat konfransındakı çıxışı zamanı deyib:

"Vladimir Putin mənə zəng etdi və qələbəmə görə fəxr etdiyini bildirdi”".

Daha sonra isə Çeçenistanın lideri Ramazan Kadırov da Həbib Nurməhəmmədovun Konor Makqreqor üzərindəki qələbəsi haqda şəxsi sosial şəbəkə hesabında yazıb: 

"Bütün dünya bu döyüşü gözləyirdi. Hətta idmanın bu növü ilə maraqlanmayanlar belə ekranların qarşısında idi. Mətbuat konfranslarında olan qalmaqallar bu döyüşə marağı artırdı.

Bizim Həbib 4-cü raundda qüsursuz döyüş göstərərək qalib gəldi. İrlandiyalı idmançı təslim oldu. Həbib Nurməhəmmədovu çoxdan gözlənilən qələbə münasibətilə təbrik edirəm".

Teymur Məmmədov