"Qarabağ" "Şerif" QARŞILAŞMASI - HESAB 2:1
    • 26-08-2020, 21:55
    • 554

"Qarabağ" "Şerif" QARŞILAŞMASI - HESAB 2:1

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda "Qarabağ" Moldovanın "Şerif" klubu ilə qarşılaşıb.

"Qaraba" rəqibinə 2:1 hesabı ilə qalib gələrək III təsnifat mərhələsinə adlayıb.

Qeyd edək ki, oyunda hesab 22-ci dəqiqədə Uroş Matiçin penalti zərbəsi ilə açılıb. 63-cü dəqiqədə isə Mahir Emreli 2-ci topu qapıdan keçirib.

Rəqib komanda 78-ci dəqiqədə Frank Kastanyedo sayəsində qollardan birinin əvəzini çıxıb.