Tovuzda qətl törədən şəxsin işi məhkəməyə göndiərilib
    • 27-08-2020, 18:06
    • 773

Tovuzda qətl törədən şəxsin işi məhkəməyə göndiərilib

Tovuz rayonu, Yanıqlı kənd sakini Cəlal Tağıyevə bıçaqla xəsarət yetirilməsi nəticəsində qəsdən öldürülməsinə cəhd edilməsi faktı  üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. 

News24.az-ın məlumatına görə, istintaqla Cəlal Tağıyevin oğlu Seymur Tağıyev ilə həmkəndlisi Oqtay Abdiyev arasında baş vermiş münaqişənin qarşısını alarkən sonuncu tərəfindən bıçaqlanaraq qəsdən öldürülməsinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Oqtay Abdiyev  Cinayət Məcəlləsinin qeyd edilən maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.