Dərslər növbəli formada TƏŞKİL OLUNACAQ
    • 27-08-2020, 18:32
    • 957

Dərslər növbəli formada TƏŞKİL OLUNACAQ

Məktəblərdə şagird sayının təşkili ilə bağlı uyğun planlar hazırlanıb, məktəblərə göndəriləcək. 

News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib: "Bu normalar müəyyənləşdirilir. Əsas məsələ sinif otaqlarının həcminə görə şagird sayı təşkil olunacaq. Məktəblərdə siniflərin dərsə getməsi növbəli şəkildə təşkil oluna bilər. Məsələn, sinfin bir qismi səhər növbəsində, digər qismi isə günorta növbəsində dərsə gedə bilər. Valideynlər övladlarının hansı günlərdə dərsə gedəcəyini öyrənmək üçün məktəblərə müraciət edə bilərlər".

Məhərrəm Əliyev