Məktəblərdə bufet və idman zallarının fəaliyyəti GÖZLƏNİLMİR
    • 27-08-2020, 17:33
    • 950

Məktəblərdə bufet və idman zallarının fəaliyyəti GÖZLƏNİLMİR

"Sanitar-gigiyenik normaların hazırlanması üzərində iş gedir. Şagirdlərin hərarətinin ölçülməsi, izlənilməsi, maskalardan istifadə, valideynlərlə onlayn ünsiyyət və s. istiqamətdə danışıqlar gedir. İstər məktəbdə, istər bufetdə, istərsə də zallarda sıxlıqla bağlı müəyyən planlar hazırlanır".

News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, idman dərslərinin keçirilməsi ilə bağlı qərar geyinmə-soyunma otaqlarının vəziyyətinə görə qərar veriləcək. 

Məhərrəm Əliyev