İbtidai təhsillə bağlı 650 min şagirdin dərsə qoşulacağı gözlənilir
    • 27-08-2020, 17:18
    • 896

İbtidai təhsillə bağlı 650 min şagirdin dərsə qoşulacağı gözlənilir

"Ümumtəhsil məktəblərində ibtidai təhsil alanlar 15 sentyabrdan dərslərə qoşulacaq. Birinci siniflərin həftədə 3 dəfə, yuxarı siniflərin isə iki dəfə məktəbə gəlməsini təklif edirik. İbtidai təhsillə bağlı 650 min şagirdin dərsə qoşulacağını gözləyirik". 

News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. 

Nazir bildirib ki, 1 oktyabrdan etibarən 5 və 9-cu siniflərin əyani şəkildə dərsə qoşulması təklif edilir.