Övladını məktəbə göndərmək VALİDEYNİN SEÇİMİ OLACAQ
    • 27-08-2020, 17:27
    • 919

Övladını məktəbə göndərmək VALİDEYNİN SEÇİMİ OLACAQ

Valideynlər müvafiq qaydada təhsil müəssisələrini məlumatlandırmaqla övladının distant və ya qarışıq üsulla, həftədə iki-üç dəfə əyani üsulla dərslərə qoşulub, təhsil alması ilə bağlı seçim edə biləcək. 

News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib: "Şagirdlərin hər birinin mütəmadi olaraq hərarəti ölçüləcək. Hərarəti olan şagird dərsə buraxılmayacaq. Eyni zamanda, evdə valideynin hərarəti olduğu zaman övladını dərsə gətirməməsi tövsiyə olunacaq. Ümumən, valideynin övladını dərsə gətirməsi öz seçimi olacaq. Və heç bir tibbi arayış tələb olunmayacaq". 

Məhərrəm Əliyev