15 milyon avroluq məşhur rəsm 3-CÜ DƏFƏ OĞURLANDI
    • 28-08-2020, 09:24
    • 433

15 milyon avroluq məşhur rəsm 3-CÜ DƏFƏ OĞURLANDI

Qiyməti 15 milyon avro olan və məşhur hollandiyalı rəssam Frans Halsın "Əlində pivə bakalı olan iki gülən oğlan uşağı" rəsmi növbəti dəfə muzeydən oğurlanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hollandiyanın Lerdam şəhərində yerləşən Xofi van Arden muzeyində baş verib. 

Bildirilir ki, oğrular muzeyin arxa qapısını qırıblar və həmin an siqnalizasiya sistemi işə düşüb. Polislər bir neçə dəqiqə ərzində əraziyə gəlsələr də oğrulaq qaçmağı bacarıblar.

Oğurluq anında muzeydə ziyarətçi olmayıb. Xofi van Arden muzeyi pandemiya səbəbiylə bağlı olub.

Qeyd edək ki, Frans Halsın rəsmi üçüncü dəfədir ki oğurluq qurbanı olur. Bundan öncə 1988 və 2011-ci illərdə oğurlanıb. Birinci oğurluq zamanı axtarışlar 3 il çəkib. İkinci dəfə tapılması üçün təxminən 6 ay vaxt azım olub. 

Rəsmin qiyməti 15 milyon avrodur.