"Qarabağ"dan YENİ TRANSFER
    • 28-08-2020, 15:54
    • 760

"Qarabağ"dan YENİ TRANSFER

“Qarabağ” klubu daha bir futbolçunun transferini reallaşdırıb.

News24.az xəbər verir ki, Ağdam təmsilçisi yeni oyunçusu Patrik Andradeni feysbuk səhifəsi vasitəsilə təqdim edib.

27 yaşlı kabo-verdeli orta sahə oyunçusu karyerası ərzində həmçinin Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikan” və “Salqueyros” klublarında oynayıb.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Emil Balayev, Kevin Medina, Vild-Donald Gerye və Uroş Matiçi heyətinə cəlb edib.