Tədris ilinin başlaması ilə əlaqədar avtobusların sayı ARTIRILA BİLƏR
    • 29-08-2020, 11:28
    • 385

Tədris ilinin başlaması ilə əlaqədar avtobusların sayı ARTIRILA BİLƏR

"İctimai nəqliyyatla əlaqədar sıxlığı azaltmaq üçün xəttə olan avtobuslar artırıldı. Dərslərin açılması ilə əlaqədar ictimai nəqliyyatla bağlı müvafiq addımlar atıla bilər. Bu haqda danışıqlar gedir. Metronun fəaliyyətinə gəldikdə isə həm ölkə, həm də dünya ekspertlərinin qənaətinə görə, böyük risk daşıdığından hələ ki, bu məsələ gündəmdə deyil".

News24.az xəbər verir ki,  bunu Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.