Cəlillabadda arvadını öldürməyə cəhd edən şəxs həbs edilib - RƏSMİ
    • 29-08-2020, 12:46
    • 898

Cəlillabadda arvadını öldürməyə cəhd edən şəxs həbs edilib - RƏSMİ

26 iyul 2020-ci il tarixdə Cəlilabad rayon Uzuntəpə kənd sakini Elnur Əliyevin yaşadıqları evdə arvadı Natəvan Nəsirovaya bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, cinayət işinin materiallarının rayon prokurorluğu tərəfindən öyrənilməsi zamanı Elnur Əliyevin arvadı Natavan Nəsirovanı qəsdən adam öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək rayon prokurorluğunun icraatına götürülüb.

Elnur Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddə ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.