Bu ölkədə məktəblilərə öskürmək qadağan edilib
    • 1-09-2020, 17:09
    • 473

Bu ölkədə məktəblilərə öskürmək qadağan edilib

Böyük Britaniyada məktəblilər üçün tətbiq edilən yeni qaydalara əsasən, təhsil müəssisələrində qəsdən öskürmək və koronavirusla bağlı zarafatlaşmaq qadağandır.

News24.az xəbər verir ki, bu məlumatı “Daily Mail” yayıb.

Belə ki, yeni qərara əsasən, London məktəblərindən birində zarafat məqsədilə öskürən şagird təhsil müəssisəsindən qovula bilər.

Bununla yanaşı, Derbi şəhərindəki məktəblərdə hər sinif üçün bir tualet nəzərdə tutulub. Buna görə də, digər sinfə aid tualetə daxil olanların ciddi cəzalandırılacağı bildirilib.