"Yalandan edir, reklamdı, əcəb olub deyənlər..." - RENKA - FOTO
    • 2-09-2020, 17:22
    • 803

"Yalandan edir, reklamdı, əcəb olub deyənlər..." - RENKA - FOTO

Bir müddət öncə koronavirusa yoluxub sağalan rəqqasə Rənkadan xəbər var.

News24.az xəbər verir ki, Renka xəstəxanada olarkən çəkdirdiyi fotonu "İnstagram"da paylaşaraq bunları yazıb: "Covid-19, mən də inanmırdım sənə. Amma başıma nələr gəldi. İnsanlar, inanın, qorunun vallah. Deyirəm ki, təki evdə ac, işsiz, gücsuz oturardım. Kaş ki, bunu yaşamazdım. Mən heç kimə bu çəkdiyimizi arzulamıram. Çox şeylər eşitdim, oxudum. Yalandan edir, reklamdı, əcəb olub deyənlər oldu. Görəsən, o sözləri deyənlər insandılar, yoxsa nəbiim sizə insan da deyə bilmirəm. Qorunun, bir xahişim budur. Özünüzü pis hiss edən kimi xəstəxanaya, həkimə gedin. Çox sağ olsunlar həkimlərimiz, tibb bacılarımız. Mən görürüdüm çox əziyyət çəkirdilər. 8 saat o paltarda, iki maska üst-üstə, evlərinə 4 aydı getmirdilər, ac, susuz, yeməksiz orda qalırlar. Əziyyətinizi halal edin. Avqustun 5-dən evdəyəm. Bir daha bütün həkimlərə innətdarlığımı bildirirəm". 

Sevda Bayramova