Metro nə vaxt açılır? - RƏSMİ AÇIQLAMA
    • 4-09-2020, 12:03
    • 1 113

Metro nə vaxt açılır? - RƏSMİ AÇIQLAMA

Yerli KİV-də yayılan məlumata görə, Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır. Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir. Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov News24.az-a açıqlamasında hazırda bu məsələ ilə bağlı hansısa qərarın olmadığını qeyd edib: “Bu fikir tamamilə yanlışdır. Metropolitenin bağlanılmasının səbəbi epidemioloji vəziyyət idi. Bizim əsas fəaliyyətimiz sərnişindaşımanın təşkilidir. Epidemioloji vəziyyətin qiymətləndirilməsini isə sırf ixtisaslaşmış peşəkar mütəxəssislər qrupu, digər aidiyyəti şəxslər və qurumlar reallaşdırır. 

Bütün bunlar hamısı hazırda Operativ Qərargahda birləşib. Son qərarı verəcək səlahiyyətli qurum isə Operativ Qərargahdır. Yayılan məlumatla bağlı biz hər hansı bir nə şifahi, nə də yazılı tapşırıq  və ya qərar gəlməyib.  Yaxın müddətdə metronun açılıb-açılmaması ilə bağlı bir fikir deyə bilmərəm”. 

Məhərrəm Əliyev