Ramiz Mehdiyevin azadlığa çıxan kürəkəni:
    • 6-09-2020, 13:22
    • 1 857

Ramiz Mehdiyevin azadlığa çıxan kürəkəni: "Aysel Teymurzadə videonu QƏRƏZLİ olaraq çəkib" - VİDEO

"Nəinki Ramiz Mehdiyev, eləcə də onun bütün ailə üzvləri bu hakimiyyətə sadiqdirlər və ölənədək də sadiq qalacaqlar".

News24.az xəbər verir ki, bu sözləri sabiq millət vəkili İlham Əliyev deyib.

Karantin rejimində qızına toy etdiyi üçün inzibati qaydada 15 sutka həbs edilən və bu gün azadlığa çıxan İlham Əliyev üzr  istəyib. O, üzr istəyərkən göz yaşlarına hakim ola bilməyib:

"Mən cürət edib cənab prezidentin qarşısında, çox hörmətli Mehriban xanım Əliyevanın qarşısında, cəmiyyətimiz qarşısında üzr istəyirəm. Qız övladıdır, hisslərimi cilovlaya bilmirəm. Mümkünsə, məni bağışlasınlar".

Sabiq deputat məlum toyla bağlı qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadəni ittiham edib:

"Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır".