Bakıda intihar etmək istəyən şəxs FİKRİNDƏN DAŞINDI
    • 6-09-2020, 18:53
    • 527

Bakıda intihar etmək istəyən şəxs FİKRİNDƏN DAŞINDI

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.