20 kilo arıqlayan Bəhram Bağırzadə:
    • 7-09-2020, 19:46
    • 1 431

20 kilo arıqlayan Bəhram Bağırzadə: "XALTURA MƏNLİK DEYİL..." - VİDEO - FOTOLAR

Əfsanəvi "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvi, aktyor, publisist, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə...


Əməkdar artist uzun sürən xəstəlikdən sonra News24.az-ın kamerası önünə keçib. Koronavirus bəlasının ən ağır formasından sağalan Bəhram Bağırzadə, indi dünyaya tamamilə fərqli gözlərlə baxır. 


O, reanimasiya şəraitində keçirdiyi ağır günlərindən danışıb: "Şükür Allaha artıq yaxşıyam, amma güman edirəm ki, bir ay sonra bu suala əlayam deyə cavab verəcəyəm. Halbuki son 20, 30 il ərzində hər zaman əla olmuşam. Artıq 42 gündür xəstəxanadan çıxmışam. Reanimasiyada olduğum müddətdə mənim üçün dua edən hər kəsə minnətdarlığımı bildirirəm. Xüsusilə də Mehriban xanıma və Heydər Əliyev Fonduna sonsuz minnətdarlıq hissi duyuram Düzdür, hələ də çoxları bu xəstəliyə inanmır, amma mən bunun canlı şahidiyəm. Mən Azərbaycanda ən ağır şəkildə bu xəstəliyi keçirənlərdən biri oldum. İndiyə qədər 46 gün komada olan olmayıb. İlk azərbaycanlı idim ki, mənə xüsusi aparat qoşuldu".

Əməkdar artist həyatda qalması uğrunda mübarizə apardığı müddətdə 20 kq çəki atdığını deyib: "Əslində mən çox arıq oğlan olmuşam. Son 10-15 ildə kökəlmişdim. İndi yenidən formaya düşmüşəm. Ümumi 20 kilo çəki atmışam". 

Daha ətraflı videoda:


Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov