-
- 8-09-2020, 16:45
- 579
Son on beş ildə Azərbaycanda məzunların sayı azalıb
“2019-cu ildə ümumtəhsil müəssisələrinin 80031 məzunu olub. Son on beş ildə məzunların sayı 43077 nəfər azalıb”.
News24.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, bu meyl artıq bir neçə ildir ki, müşahidə olunur: “Son on beş ildə məzunların sayı 34.99% azalıb.
Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2018-ci illə müqayisədə məzunların sayı 2455 nəfər azalıb. Bununla belə, sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı heç də azalmır, əksinə artır. 2019-cu ildə sənəd verənlərin 87.54%-ni (61256 nəfər) həmin ilin məzunları təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31, 2017-ci ildə 75.83 və 2018-ci ildə 77.86% olub. 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı getdikcə azalır, cari illərin məzunlarının payı isə artır. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır”.