Əfqanıstanın vitse-prezidentinə sui-qəsd olub: 10 ölü
    • 9-09-2020, 10:34
    • 626

Əfqanıstanın vitse-prezidentinə sui-qəsd olub: 10 ölü

Əfqanıstanın paytaxtı Kabildə ölkənin birinci vitse-prezidenti Əmrulla Salehə qarşı sui-qəsd baş verib.

News24.az-ın məlumatına görə, vitse-prezidentin olduğu kortejin yaxınlığında partlayış törədilib. Hadisə nəticəsində 10 nəfər həlak olub, daha 10 nəfər isə yaralanıb.

Ə.Salehin özünün xəsarət almadığı deyilir. Hücumla bağlı məsuliyyəti üzərinə təşkilata olmayıb.