Türk general Suriyada vəfat etdi
    • 9-09-2020, 12:45
    • 528

Türk general Suriyada vəfat etdi

Türkiyə Silah Qüvvələrinin Suriyada xidməti vəzifəsini icra edən briqada generalı Sezgin Ərdoğan ürək tutması nəticəsində vəfat edib.

News24.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, 2020-ci il sentyabrın 9-da general Suriyanın İdlib bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən özünü narahat hiss edib: “O, xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.