-
- 8-10-2018, 18:45
- 831
Pirşağıda səfil həyatı yaşayan 54 yaşlı qadın
Hazırda Bakının Sabunçu rayonunun Pirşağı kəndində kimsəsiz və acınacaqlı şəraitdə yaşayan 1964-cü il təvəllüdlü Sara Oruc qızı Ağacanova Azərbaycanın müvafiq dövlət qurumlarına və Hümanitar Yardım təşkilatlarına müraciət edib.
Sara Ağacanova etdiyi müraciətində sözügedən qurumlardan kömək istəyib.
Hazırda Pirşağıda səfil həyatı yaşayan Sara Ağacanova işləmək istəsə də, yaşının çox olmasını əsas gətirərək işə alınmadığını deyir:
"Mən 1964-cü il Rusiyada doğulmuşam, sonra Azərbaycana gəlib burada vətəndaşlıq almışam.
Daha sonra Azərbaycan vətəndaşlığından çıxaraq Rusiyaya qayıtmışam. Hazırda nə Azərbaycan, nə də Rusiya vətəndaşlığım yoxdur. Bütün sənədlərimi də itirmişəm. Beləcə bir qarın çörək tapmaq üçün gün keçirirəm.
Əvvəllər kafedə işləyirdim, ancaq yaşımın çox olduğunu söyləyən kafe rəhbərliyi məni çıxartdı. İş üçün bir çox yerə müraciət etmişəm. Ancaq sənədim olmadığı üçün məni işə götürmürlər. Neçə ildir ki, işsizəm. Bəzən yeməyə bir tikə çörək belə tapa bilmirəm.
İnsanlar yardım edəndə çörək yeyirəm. Mən buradan müvafiq qurumlara müraciət edib xahiş edirəm ki, mənə hər hansı bir iş versinlər, gedib işləyim, dolanım".
//Ölkə.az