-
- 24-10-2018, 14:00
- 1 501
İngiltərədə qız yadplanetlini lentə aldı — FOTOLAR
İngiltərənin Şeffild şəhərinin 21 yaşlı sakini Sara Uinn evinin yanında qəribə foto çəkib.
Sara yolu çəkəndə naməlum bir məxluqun yarısı kadra düşüb. İnsanabənzər məxluq qırmızı-çəhrayı rəngdə olub.
Sara kadrlara baxanda onlardan birində naməlum qumanoidin çiynini və başının yarısını görüb. Onun dərisi qırmızımtıl rəngdə olub və elə bil ki, alovda yanıb. Sara fotodan qorxub:
“Mən kadrdakı məxluq barədə heç bir təsəvvürə malik deyiləm. Bir neçə versiya üzərində baş sındırdım. Amma sonradan bunun şeytani bir məxluq olduğunu düşündüm və qorxdum”.
Sara fotonu digər insanlara da göstərib və müxtəlif versiyalarla üzləşib. Bəziləri bunun yanmış dərisi olan polterqeyst olduğunu və çəkiliş zamanı oradan qaçdığını bildiriblər.
Sara dərsdən evə gələndə güclü leysan başlayıb. O, evin pəncərəsindən yolu suyun basdığını görüb və fotolarını çəkmək qərarına gəlib. Naməlum məxluqu isə 4 gün sonra fotolara baxanda görüb. Sara fotoları çəkəndə yanında heç kəs olmayıb.
“Biz bu evə 14 il əvvəl köçmüşük. Burada anomal hadisələr olurdu. Bəzən ləmpə və fənərlər öz-özünə yanır və sönürdü. Bəzən qapı da öz-özünə açılıb-bağlanırdı. Şkafa yığdığımız əşyalar bəzən otağa səpələnmiş halda olurdu. Qəribə addım səsləri eşidilir. Bir dəfə mən vanna otağında olanda taxça yerə düşdü”.
Sara paranormal hadisələr inanır və bu kadrların təsadüf olmadığını deyir:
“Mənim valideynlərim də evlə bağlı nələrinsə baş verdiyini deyir. Amma dostlarım da, ailəm də bundan qorxmağa başlayıb”.
//Ölkə.Az